FƏALİYYƏTİ DONDURULMUŞ VƏKİLİN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün ( 3 noyabr) Nəsimi rayon məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə  Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dondurulmasına dair Vəkillər Kollegiyasının 24 avqust 2011-ci il tarixli qərarından verdiyi  iddia üzrə məhkəmə prosesi keçirilib və iddia təmin olunmayıb.

Prosesdən sonra X. Bağırov RATİ-yə  məhkəmə iclasına gecikmiş onun hüquqlarını müdafiə edən vəkillər – Əssabəli Mustafayev və Yalçın İmanovun  hakimin göstərişi ilə zala buraxılmadılar. X.Bağırov  bu halın onun müdafiə hüququnun pozulması hesab etdiyini bildirdi. X.Bağırov  qeyd etdi ki, bu qərarı ədalətsiz və araşdırma aparılmadan çıxarılan qərar hesab edir və bu qərardan apellyasiya şikayəti veriləcək.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında 13 yanvar 2011-ci il tarixdə  Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci  (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə  15 aprel 2011-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etmişdi. 24 avqust 2011-ci ildə isə   Vəkillər  Kollegiyası  Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə əsasən 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verib.

 

Previous Post

ƏVƏZ ZEYNALLININ ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Next Post

ƏVƏZ ZEYNALLININ APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.