BƏXTİYAR HACIYEV AZADLIĞA BURAXILMADI

Bu gün Bakı Apellyasiya məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacıyevin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə dair müraciət əsasında  Qaradağ rayon məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə Bəxtiyar Hacıyev, vəkili Həbib Əliyev, dövlət ittihamçısı Ceyhun Budaqov, 14 sylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Xəzər Fəttahov, həmçinin xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Bəxtiyar Hacıyev dəmir barmaqlıqlar arxasından çıxarılaraq vəkilinin yanında əyləşməsi, video çəkiliş aparılması və prosesin sosial şəbəkələr vasitəsilə yayımlanması ilə bağlı vəsatətlər verib. Hakim vəsatətlərin heç birini təmin etməyib.

Vicdan məhbusu çıxışını davam etdirərək cəzaçəkmə müəssisəsinin nümayəndəsi Xəzər Fəttayevə onun azadlığa buraxılmasına etirazlarının səbəbini soruşduqda, nümayəndə “mən bilmirəm” deyə cavab verib. Belə olduğu halda B. Hacıyev həbsdə saxlanılması üçün cəzaçəkmə müəssisəsinin verdiyi mülahizənin əsassız olduğunu bildirib və məhkəmədən Qaradağ rayon məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.

Dövlət ittihamçısı Ceyhun Budaqov isə apelyasiya şikayətinin təmin ediməməsini və Qaradağ rayon məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.

Cəzaçəkmə müəssisəsinin nümayəndəsi hər hansı qərar çıxarılmasını məhkəmənin ixtiyarına buraxdığını bildirib.

Müşavirədən sonra hakim apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.

 Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi 2011-ci ilin yanvarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də o bir ay müddətinə həbs edilib.   18 may 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb. 6 iyul 2011-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. 2011-ci il dekabr ayının 6-da Ali məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

HƏRBÇİ AİLƏLƏRİ EVLƏRİNDƏN ZOR GÜCÜNƏ ÇIXARILDI

Next Post

MARTIN 2-DƏ ELMAR HÜSEYNOVU BİRLİKDƏ ANAQ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.