BƏXTİYAR HACIYEV 2 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Mayın 18-də Gəncə şəhəri Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyev barəsində  hökm çıxarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın vəkili Elçin Namazov məlumat verib. 

Vəkil E. Namazovun sözlərinə görə, hakim E. Axundov uzun sürən müşavirədən sonra gənc fəalın 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. Vəkillər  çıxarılan hökmü ədalətsiz və qərəzli hesab edirlər və bu qərardan apellyasiya şikayəti verəcəklər.

 Xatırladaq ki, Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.  Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.  

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ START GÖTÜRDÜ

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.