BAKI ŞƏHƏR PROKURORLUĞU XƏDİCƏ İSMAYILOVA İLƏ BAĞLIBƏYANAT VERİB

Bakı şəhər prokurorluğu jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, jurnalistin   şəxsi həyatının toxunulmazlığı hüququnun pozulmasına dair cinayət işi açılıb və guya istintaq hərtərəfli və obyektiv aparılır. Sənəddə bildirilir ki, buna baxmayaraq X.İsmayılova və  vəkili Adil İsmayılov ictimaiyyətə istintaqın aparılmamağı ilə bağlı məlumat verirlər.

Xatırladaq ki, martın 7-də “Azadlıq”  radiosunun əməkdaşı Xədicə İsmayılovanın  ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 13-də hakim Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olan eyni adlı “Yeni Azərbaycan” qəzetində isə  “Xədicə İsmayılova göründüyü və olduğu kimi” başlıqlı altında qapayaxma xarakterli geniş yazı dərc olundu, bir gün sonla isə anonim sayt vasitəsilə jurnalistlə bağlı pornogörüntü yayıldı.

Bakı şəhər prokurorluğunun siyasi xarakterli bəyanatı isə iki gün bundan öncə X.İsmayılovanın iştirakı ilə ona qarşı aparılan qara PR kampaniyası ilə bağlı jurnalist təhqiqat qrupunun hesabatının açıqlanmasından sonra verilib.

Previous Post

MİQRANTLARIN SOSİAL MÜDAFİƏSİ HAQDA SAZİŞ İMZALANACAQ

Next Post

ÖMÜRLÜK MƏHBUSLARI MÜDAFİƏ KAMPANİYASI BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.