BAKI SAKİNİNİN MƏNZİL HÜQUQU POZULUB

Bu gün (7 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində ODƏR təşkilatının sədri Həsən Həsənov vətəndaş Volobuyeva Lera Anatoliyevanın mənzil hüququnun pozulması ilə bağlı mətbuat konfransı keçirdi.

  H.Həsənov jurnalistlərə məlumat verdi ki, Bakı şəhəri, Elçin Əzizov 18, ev 9 ünvanında yaşayan 1953-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Lera Anatoliyevna Volobuyevanın evi tikildiyi gündən bir dəfə də olsun təmir olunmayıb.
  “2008-ci ilin yanvar ayında Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya yazılı müraciət olunub. XX əsrin əvvəllərində tikilmiş bina Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olduğundan, Fondun rəhbəri M.Əliyeva təmir üçün bu quruma göstəriş verib. ARDNŞ-nin Sosial İnkişaf  İdarəsinin Tikinti Departamenti  sahəsi 48 kv metr olan mənzilin 1 otağını yarımçıq təmir edib” – deyən H.Həsənov vurğuladı ki, təmir üçün ən müxtəlif instansiyalara müraciət edilsə də, hələ də heç bir nəticə əldə olunmayıb.

Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,279/lang,az/

Previous Post

ELAN!

Next Post

SEÇKİ QANUNVERİCİLİYİ İLƏ BAĞLI FORUM KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.