“BAKI ZAMAN” –in BAŞ REDAKTORU “YENİ MÜSAVAT”ı MƏHKƏMƏYƏ VERİR

 “Bakı Zaman” qəzetinin baş redaktoru Elnur Məhərrəmli “Yeni Müsavat” qəzetini məhkəməyə verəcək.

Bu barədə RATİ-yə Məhərrəmlinin özü məlumat verib:
 “Mənə məxsus olan məktubu KİV haqqında qanuna zidd olaraq hansısa yolla, e-mail adresimdən əldə eləyib və razılığım olmadan dərc ediblər.  İkincisi isə,  qəzetin bir gün sonrakı sayında guya Rəsul Quliyevdən qisas almaq məqsədilə bu məktubun  mənim tərəfimdən “Yeni Müsavat” qəzetinə ötürülməsi üçün rəy yaradan yazi dərc ediblər”, – deyə o, qeyd edib.
 “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan isə mümkün məhkəmə iddiasından  çəkinmədiklərini bildirdi: “Onların məhkəməyə müraciət etmək hüquqları var”, – deyə o, vurğuladı.  

Previous Post

MƏHKƏMƏDƏ DİLÇİ ALİM BDU REKTORUNUN JURNALİSTİ TƏHQİR ETMƏDİYİNİ BİLDİRİB

Next Post

HƏBSDƏ OLAN GƏNCLƏR HƏRƏKATI RƏHBƏRİNƏ TƏZYİQ EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.