“AZADLIQ” QƏZETİNİN BANK HESABINA HƏBS QOYULDU

Noyabrın 5-dən “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub. Bu barədə bu gün (5 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin  baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

R. Hacıyevin sözlərinə görə,  Yasamal Rayon Məhkəmə Qərarları İcra Şöbəsi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlayıb.
Qeyd edək ki, oktyabrın 19-da Yasamal rayon Məhkəmə İcra Şöbəsindən “Azadlıq” qəzetinə   4000( dörd min)  manatı ödəmək üçün 10 gün vaxt verilməsi
barədə bildiriş daxil olmuşdu.
Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl
gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi. Yanvarın 23-də Yasamal rayon Məhkəməsi  iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat
təzminat ödəmələri ilə bağlı qərar çıxartdı.

Previous Post

DUNYA MİYATOVİÇ: “İNTERNETDƏ TƏNQİDİN BOĞULMASINA HEÇ NƏ HAQQ QAZANDIRA BİLMƏZ”

Next Post

AZƏRBAYCANDA DEMOKRATİYANIN AYAQ SƏSLƏRİ EŞİDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.