İNSAN HÜQUQLARI MÜDAFİƏÇİLƏRİNİN CƏNUBİ QAFQAZ ŞƏBƏKƏSİNİ YARATMAQ ÜÇÜN ÇAĞIRIŞ MÜRACİƏTİ

DİQQƏT! DİQQƏT! DİQQƏT!
 
                                                                    DÜZƏLİŞ:
Şəbəkə QHT-lər üçündür. Azərbaycan, Gürcüstan və Ermənistanda qeydiyyata olan, qeydiyyat mərhələsində olan və qeydiyyatı olmayan, amma faktiki fəaliyyət göstərən QHT-lər müraciət edə bilər.
HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN NƏZƏRİNƏ MÜRACİƏTLƏRİ YANVARIN 20-NƏ DƏK
network.caucasus@gmail.com ÜNVANINA GÖNDƏRİN.
(BUNDAN ÖNCƏ YAYILMIŞ CAUCASUS.NETWORK@GMAIL.COM ELEKTRON ÜNVANI YANLIŞDIR).
SƏHF ELEKTRON ÜNVAN YAYILDIĞI ÜÇÜN ÜZR İSTƏYİRİK.

 
Şəbəkə nədir? İnsan Hüquqları Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsi Cənubi Qafqazda (Azərbaycan, Gürcüstan və Ermənistan) insan hüquqlarına nəzarət edən QHT-ləri birləşdirəcək və işində çətinliklərlə üzləşən insan hüquqları müdafiəçilərinə yardim edəcək.
1. Şəbəkəni kim idarə edəcək? Hər bir ölkədə Gürcüstan koordinasiya fəaliyyətini həyata keçirməklə erməni və azərbaycanlı əməkdaşların lahiyəni həyata keçirməsini mümkünləşdirən bir təşkilat olacaq. Ölkələr üçün aşagidaki təşkilatlar ayrilıb: Azərbaycan – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Gürcüstan – İnsan Hüquqları Mərkəzi, Ermənistan – Erməni Helsinki Assosiasiyasi. Norveç əməkdaşı – İnsan Hüquqları Fondu (Human Rights House Foundation)  koordinator təşkilatlarla birgə lahiyənin həyata keçirilməsinə yardım edəcək.
2. Kim tərəfindən maliyyələşdirilir? Lahiyənin 80%-i Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Qalan hissəsi əməkdaşlıq edən təşkilat və şəbəkə üzvləri tərəfindən təmin olunur.
3. Üzv olmaqdan necə faydalana bilərsən? Şəbəkə üzvləri üzvlükdən müxtəlif yollarla yararlanacaqlar. Bura aşağıdakılar daxildir:
    Şəbəkə üzvləri dünyanın aparıcı ekspertlərindən bu mövzular üzrə çoxlu sayda təlimlər (məşğələlər) alacaqlar: şəxsi və iş münasibətində təhlükəsizlik, şəbəkə qabiliyyətləri, insan hüquqlarının qorunması üzrə ümumi və regional mexanizm, insan hüquqlarının pozulması üzrə sənədləşmə və monitorinq və s. Təlimlər Gürcüstanda keçiriləcək.
•     Şəbəkə üzvləri insan Hüquqları və hər ölkədə insan hüquqları müdafiəçilərinin vəziyyətini müzakirə etmək üçün hər altı aydan bir görüşəcəklər. Onların insan hüquqları ilə əlaqədar problemləri müəyyən etmək və önə çəkmək, konkret ideyalar yaymaq  və yeni təşəbbüslər yaratmaq imkanları olacaq. Dövrü görüşlər şəbəkə üzvlərinə regionda insan Hüquqlarının vəziyyəti haqqında yeniliklərdən məlumat almaq üçün şans verəcəkdir. Təlimlər kimi, dövrü görüşlər də Gürcüstanda keçiriləcək.
•    Üzvlər layihənin yerinə yetirilməsi zamanı həyata keçiriləcək kütləvi məlumatlandırma fəaliyyətlərinə cəlb ediləcəklər. Kütləvi məlumatlandırma kompaniyası şəbəkə üzvlərinə öz xidmətlərini ictimailəşdirmək və hədəf qruplarını, eləcə də, ümumi ictimaiyyətin diqqətini cəlb etmək imkanı verəcək.
     Şəbəkə üzvü olmaq yaxşı məlumatlandırılmaq, yeniliklərdən xəbərdar olmaq və vəziyyətə müvafiq olmaq mənasını ifadə edir.
     Şəbəkə üzvləri təqib edilən hüquq müdafiəçilərinə yardım üçün nəzərdə tutulmuş bütün xidmətlərdən istifadə edəcəklər. Bura daxildir: Təqib edilən hüquq müdafiəçilərinin sığınacaqla təmin edilməsi, onların qanuni, psixoloji, tibbi yardımla təminatı.
5. Kimlər üzv ola bilər? Şəbəkə QHT-lər üçündür. Azərbaycan, Gürcüstan və Ermənistanda qeydiyyata olan, qeydiyyat mərhələsində olan və qeydiyyatı olmayan, amma faktiki fəaliyyət göstərən QHT-lər müraciət edə bilər. Fərdlər üzv olmaq iqtidarında deyil.
6. Şəbəkə üzvləri üçün  seçilmiş kriteriya hansıdır? Partnyor təşkilatlar siyasi və vətəndaş hüquqları əhatə edən fəaliyyətlə məşğul olan insan hüquqları təşkilatlarından ibarət olmalıdır. Təşkilatlar regionda digər insan hüquqları təşkilatları ilə əməkdaşlığı müəyyən etmək bacarığına, şəffaflıq, ədalətlilik və nüfuza malik olmalıdırlar. Digər milli və beynəlxalq şəbəkələrlə əməkdaşlıq üstünlük sayıla bilər. Şəbəkə üzvlüyə ərizə vermələri üçün xüsusilə regionlarda QHT-lər və gənc təşkilatlara müraciət edəcək.
7. Şəbəkə üzvlərindən nə gözlənilir? Maraqlı təşkilatlar layihənin milli koordinatoru vasitəsilə informasiyanın müntəzəm bölünməsi və paylanmasında istək nümayiş etdirməlidirlər. Bundan əlavə, onlar mənbələrdən istifadə etməyə hazır olmalıdır, treninqlərə vaxt ayırmalı və periodik  görüşlərin keçirilməsinə kömək etməlidirlər.
8. Necə müraciət etməli: Üzvlükdə maraqlı olan QHT-lər müraciət  etməklərinin səbəblərini və təşkilatları barədə qısa məlumatı (təşkilatın məqsədi, quruluşu, ötən iki ildə həyata keçirilmiş layihələrin siyahısı  və gələcək planlar) yanvarın 16-dən (cümə günü) gec olmayaraq aşağıdakı e-mailə  göndərməlidirlər.
network.caucasus@gmail.com
Hər ehtimala qarşı müraciətləri həmçinin irfs.az@gmail.com email ünvanına göndərin.
Previous Post

XARİCİ RADİOSTANSİYALARIN FM TEZLİYİNDƏ YAYIMININ DAYANDIRILMASI HAQQINDA QƏRAR VERİLDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.