
Tədbirdə jurnalistin tələbələri, yaxın dostları və media nümayəndələri iştirak edirdilər. Tələbələri və dostları onunla bağlı xatirələrini paylaşıblar.
Qeyd edək ki, Brent Hurd 1970-ci ildə Texas ştatının Austin şəhərində anadan olub. 2001-2007-ci illərdə “Amerikanın səsi” radiosunda könüllü kimi fəaliyyət göstərib. O, “American” Universitetinin professoru olub. Ona azərbaycanlı tələbələrə isə cəmi 5 ay jurnalistikanın sirrlərini öyrətmək qismət olub. Mərhum Hurd “İslama qayıdış” adlı film çəkirmiş, lakin faciəvi vəfatı bu filmin çəkilişinin yarımçıq qalmasına səbəb olub.