YAN KUBİŞ MEDİANIN FƏALİYYƏTİNƏ ŞƏRAİTİN YARADILMALI OLDUĞUNU BİLDİRİB

Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın Xarici İşlər naziri Yan Kubiş Bakıda səfərdədir.

“Azadlıq” radiosunun verdiyi məlumata görə, Kubiş jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, demokratik seçki keçirmək üçün medianın fəaliyyətinə şərait yaradılmalı və beynəlxalq təşkilatların tövsiyələrinə reaksiya verilməlidir.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Şurası Nazirlər Komitəsinin iclasında Azərbaycan hakimiyyətinin jurnalistlərin azadlığa buraxılması istiqamətində addımların atması barədə tövsiyə xarakterli qərar qəbul edilmişdi.

Previous Post

“AZADLIQ” RADİOSUNUN SAYTINDA PROBLEMLƏR YARANIB

Next Post

ABŞ SƏFİRLİYİ ÜZEYİR CƏFƏROVLA MARAQLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.