Vəkil Z.İbadov iddiaya səbəb olan yazılarda təhqir elementlərinin olub-olmamasını müəyyən etmək üçün linqvistik ekspertizanın təyin edilməsi barədə vəsatət qaldırdı.
İddiaçının vəkli P.Cabbarlı vəsatətə etiraz etmədiyini bildirdi.
Hakim X. Məmmədov vəsatəti təmin edərək, prosesi qeyri-müəyyən vaxta təxirə saldı.
Xatırladaq ki, iddiaçı 2009-cu ili sonundan başlayaraq, 19 məqalədə şərəf və ləyaqətinin alçaldıldığını və təhqir edildiyini iddia edərək, cavabdehin ondan üzr istəməsi, habelə təkzib verməsini tələbi ilə məhkəməyə müraciət edib.