VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ SABAH MİLLİ MƏCLİSİN QARŞISINDA PİKET KEÇİRƏCƏK

Bu gün (29 iyun) Azərbaycan Media Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir keçirdi.

Azay Quliyev məlumat verdi ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında QHT-ləri narahat edən müddəalar bir daha müzakirə olunub və belə qərara gəlinib ki, QHT-ləri narahat edən, vətəndaş cəmiyyətinin inkişafına əks-təsir edən bütün müddəalar aradan qaldırılsın. Millət vəkili vurğuladı ki, qanun layihəsi Milli Məclisin sabah keçirilən iclasında yeni paket formasında müzakirə olunacaq.
Tədbirdə iştirak edən Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvləri isə bildirdilər ki, bu şifahi açıqlama fikir yayındırmağa hesablanıb. Onlar bir daha vurğuladılar ki, təklif olunan dəyişikliklər ümumilikdə antidemokratik və hüquqa zidd olduğu üçün tamamilə müzakirədən çıxarılmalıdır.
VCMK İşçi Qrupunun üzvləri media nümayəndələrinə bildirdilər ki, sabah saat 11.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçiriləcək.
Previous Post

ELAN!

Next Post

Azay Quliev brifing keçirdi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.