KOMİSSİYA SƏDRİ “DİFFAMASİYA HAQQINDA” QANUNUN QƏBULU MƏSƏLƏSİNƏ MÜNASİBƏT BİLDİRİB

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov “Diffamasiya haqqında” Qanunun qəbuluna ehtiyac görmür.

Məsələ ilə bağlı mövqeyini Hüseynov jurnalistlərə verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, böhtan və təhqirə görə, həbs cəzasını nəzərdə tutan maddələri Cinayət Məcəlləsindən çıxarmağa ehtiyac yoxdur: “bu maddələrin məcəllədə saxlanılması mənfi hal deyil. Problem yalnız qanunvericiliyin tətbiqi ilə bağlı ola bilər”
Hüseynov onu da qeyd edib ki, “fikir azadlığı demokratik cəmiyyətin ən mühüm atributlarından biridir. Yol verdiyi yalnışlıqlara görə jurnalistlərin cərimələnməsi, digər cəza növləri nəzərdə tutula bilər. Lakin həbs cəzasının kəsilməsi onların törətdiyi əmələ adekvat deyil”..
Komissiya sədrinin fikrincə, məcəllədəki 147 (böhtan) və 148-ci (təhqir) maddələrin subyekti jurnalistlər deyil. Lakin Azərbaycanda bu maddələrlə jurnalistlər həbs edilib: “ bu cür hallar ya yuxarı instansiya məhkəməsinin, ya da prezidentin əfv fərmanı ilə aradan qaldırılıb”.

Previous Post

SABAH “İDEAL” QƏZETİNİN MƏHKƏMƏSİ KEÇİRİLƏCƏK

Next Post

TƏRƏFLƏR BARIŞIĞA RAZI OLDULAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.