BAŞ REDAKTORUN HƏBSİNDƏN ŞİKAYƏT VERİLİB

Bu gün “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun azadlıqdan məhrum edilməsi barədə qərardan Apellyasiya Məhkəməsinə şikayət təqdim olunub.

Bu haqda RATİ-yə məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, şikayət ən geci 20 gün ərzində icraata götürülməlidir.
Xatırladaq ki, Q.Zahidov Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il azadlıqdan məhrum edilib.

Previous Post

Journalists’ Hunger-strike (March 29-30)

Next Post

JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA DAHA İKİ NƏFƏR QOŞULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.