MÜSTƏNTİQ MATERİALLARI TƏQDİM ETMƏDİYİNDƏN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Dünən (19 may) Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluq

Binəqədi Rayon Prokurorluğu, Ağır Cinayətlərə Dair İşlər üzrə İdarənin və İdarənin müstəntiqi Əli Quliyevə qarşı qaldırdığı iddia əsasında keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Məhkəmənin təxirə salınmasına səbəb müstəntiqin iş materiallarını məhkəməyə təqdim etməməsi olub. Növbəti məhkəmə prosesi 27 may saat  16. 30-a təyin edilib.
 Məhkəmə prosesi qapalı keçirildiyindən RATİ-nin əməkdaşları məhkəmədə iştirak edə bilməyiblər.  Məlumatı RATİ-yə Elçin Sadıqov verib.
Xatırladaq ki, A.Xəlil fevral ayının 22-də “Zeytun bağları” deyilən ərazidə  biri MTN əməkdaşı olmaqla iki nəfər tərəfindən reportaj hazırlamaq istəyərkən döyülmüşdü. Lakin döyülmə faktı ilə bağlı cinayət işi açılmadığından jurnalist məhkəməyə müraciət edib.

Previous Post

PACE CO-RAPPORTEURS COMMENT ON IMPRISONED JOURNALISTS

Next Post

DÜZƏLİŞ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.