REDAKTORLAR BİRLİYİ MƏTBUAT YAYIMININ PROBLEMLƏRİNİ MÜZAKİRƏ EDİB

Bu gün (14 oktyabr)  Azərbaycan Media Mərkəzində Redaktorlar Birliyinin təşkilatçılığı ilə, “Mətbuat yayımın  problemləri”  mövzuzunda dəyirmi masa keçirildi.  Əvvəlcə problemlə bağlı jurnalist Şahvələd Çobanoğlu məruzə ilə çıxış etdi.

O, təxminən on il bundan əvvəl  ölkənin bölgələrində, o cümlədən paytaxt Bakıda yayımın sıxışdırlmağa başlanıldığını dedi. Ş.Çobanoğlu yalnız son günlərdə Bakıda, Gəncədə, Sumqayıtda və digər iri şəhərlərdə yüzdən artıq qəzet köşkünün yığışdırıldığı qeyd etdi. Jurnalistin sözlərinə, son illər səyyar qaydada qəzetlərin satışı da ciddi şəkildə məhdudlaşdırılıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, abunə sahəsində də ciddi problemlər var və hökumət məqsədli şəkildə iqtidarın nəzarəti altında olan qəzetlərin məcburi abunəsini həyata keçirir, müxalifət və müstəqil qəzetlərin isə yayımı bütün yollarla məhdudlaşdırır. O gündəlik satışı 35 nüsxə olan qəzetlərə illik 250 min manat və daha artıq məbləğdə reklam verildiyini, amma ölkənin ən çox tirajli qəzeti olan “Yeni Müsavat” və ya “Azadlıq” qəzetinə heç bir reklamın verilmədiyini də anormallıq hesab etdi.

Media eksperti,  İREX-in hüquqşunası Ələsgər Məmmədli isə hesab etdi ki, bu problemin həlli üçün dövlət inhisarında olan və təsisçisi ayrı-ayrı icra strukturları olan qəzetlərin hamısı ləğv olunlamı, yalnız  bir rəsmi qəzet saxlanılmalıdır ki, orda da yalnız sənədlər, sərəncam və qərarlar dərc olunmalıdır.

RATİ sədri Emin Hüseynov isə yalnız yerli deyil, xarici nəşrlərin də ölkə ərazisində yayılmasında problemlərin mövcudluğundan danışdı. Onun sözlərinə görə, ona zəng edərək məlumat verilib ki, bu gün hava limanında Rusiyada dərc olunan “Nezavisimaya”   qəzetinin Azərbaycana göndərilən bütün tirajı izahat verilmədən və müvafiq sənədləşmə aparılmadan müsadirə edilib. E.Hüseynov, hesab etdi ki, bu addım qəzetdə Azərbaycan iqtidarı haqqında yazılan hər hansı bir tənqidi məqaləyə görə atıla bilərdi.

Daha, sonra mətbuat yayımçıları, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu,  “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev, Ekstremal Jurnalistika İnstitutunun sədri İdrak Abbasov,  “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilli, “Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərli və digər şəxslər təkliflər səsləndirdilər.

Sonda Redaktorlar Birliyi mətbuat yayımının  gerçək vəziyyəti və vəziyyətdən çıxış yollarını özündə əks etdirən məktubla prezident İlham Əliyevə müraciət etmək barədə qərar verdi.

Previous Post

KXCP SƏDRİ MİRMAHMUD MİRƏLİOĞLU İLƏ MÜSAHİBƏ

Next Post

“XURAL” QƏZETİ BARƏDƏ ÇIXARILMIŞ CƏRİMƏ QƏRARININ İCRASI TƏLƏB EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.