AVROPA ŞURASININ AZƏRBAYCANDAKI İNFORMASİYA OFİSİ 2 KİTABIN TƏQDİMATINI KEÇİRİB

Bu gün (10 dekabr) Azərbaycan Media Mərkəzində Avropa Şurasının (AŞ) Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə Avropa Şurası Nazirlər Komitəsinin Rəhbər tövsiyələri əsasında nəşr olunan “Böhran vaxtlarında ifadə azadlığı” və Media və İnformasiya Cəmiyyəti Şöbəsi İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Direktorluğunun “Birgə yaşayış” adlı kitablarının təqdimatı keçirildi.

AŞ-nın Azərbaycandakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimli kitablar barədə məlumat verərək,  onların medianın sosial vəhdətə, mədəniyyətlərarası dialoqa, tolerantlığa, həmçinin demokratik proseslərdə iştiraka yardımına dair Avropa Şurasının standartları haqqında məlumat kitabı olduğunu bildirdi.

Daha sonra tədbirdə çıxış edən AŞ-nın Azərbaycandakı  eksperti Devid Qoldberq kitabların təsis edilməsində əsas məqsədin jurnalistlərin azadlığı, peşəkarlığı və digər sahələrdə AŞ-nın Azərbaycandakı vəziyyətin qiymətləndirilməsi olduğunu dedi.

Previous Post

BEYNƏLXALQ İNSAN HÜQUQLARI GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Next Post

“HAKİMİYYƏT-VƏTƏNDAŞ CƏMİYYƏTİ MÜNASİBƏTLƏRİNİN İNKİŞAFI” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.