MƏHKƏMƏ XƏDİCƏ İSMAYILOVANIN “SƏS” QƏZETİNƏ QARŞI İDDİASINI TƏMİN ETMƏDİ

Oktyabrın 24-də Səbail rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə  keçirilən prosesdə jurnalist Xədicə İsmayılovanın “Səs” qəzeti redaksiyasına qarşı şərəf  və ləyaqətin, işğüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair iddiası üzrə  təmin edilməyib. Bu barədə bu gün (24 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Xədicə İsmayılovanın vəkili Fariz Namazlı məlumat verib.




Vəkil F. Namazlı bu qərardan apellyasiya şikayəti veriləcəyini bildirdi.Xatırladaq ki, jurnalist Xədicə İsmayılova “Səs”qəzetində çıxan iki məqalə –

“Xədicənin söz azadlığına qiyməti” və “Xədicə “xanım”ın “qiyməti” neçəyədir” ilə bağlı məhkəməyə müraciət edib. O, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna dəyən zərərə görə, qəzetin təkzib verməsini və 2000 manat təzminat ödəməsini istəyib.

 

Previous Post

AZADLIQ QƏZETI BAĞLANMAQ TƏHLÜKƏSİ QARŞISINDADIR

Next Post

MEDİANIN TƏNZİMLƏNMƏSİNİN MÜXTƏLİF FORMALARI – HANSI FORMA AZƏRBAYCANA DAHA UYĞUNDUR?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.