Avqustun 22-də saat 11.00 –da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyev növbəti dəfə Şərur rayon prokurorluğuna çağırılıb.
Şərur rayon prokurorluğu tərəfindən ona qarşı CM-nin 189-1.1-ci maddəsi ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işinin ittiham aktı ona təqdim olunub və işin məhkəməyə göndərildiyi bildirilib. Bu haqda məlumatı RATİ-yə H. Mehdiyevin özü bildirib.
“Bu gün prokurorluqda 1050 manat cərimə ödəyəcəyim təqdirdə haqqımda açılmış cinayət işinə xitam veriləcəyi bir daha təklif edildi. Mən ittihamla razılaşmadığımı və açılmış cinayət işinin qurama olduğunu bildirərək, təklifdən imtina etdim. Sonra mənə qarşı açılmış cinayət işinin ittiham aktını verdilər və işin məhkəməyə göndəriləcəyini bildirdilər”, – deyə H.Mehdiyev deyib
O deyib ki, ittiham aktında 20 nəfərin şahid ifadəsi göstərilib. Şahid ifadələrinin hamısı demək olar ki, standart xarakterlidir. Bu onu göstərir ki , izahatlar yazılıb və şahidlərə qol çəkdirilib. Həmin şahidlərin çoxu məsələyə heç bir aidiyyatı olmayan adamlardır. Onların bir neçəsi hətta jurnalistin yaşadığı evi belə tanımır. Şahidlər yaşadığı kəndin və qonşu kəndlərin icra nümayəndəliklərində, bələdiyyələrdə, dövlət müəssisələrində işləyənlər, molla və bir neçə taksi sürücüsündən ibarətdir.
Xatırladaq ki, Jurnalistə qarşı təzyiqlər iyulun əvvəllərində “Franfurter algemayne tsaytunq” qəzetinin icmalçısı Mixael Lüdviqin Naxçıvana səfəri zamanı onu müşayiət etməsindən sonra başlayıb (yerli hakimiyyət almanı Naxçıvana buraxmamağa cəhd edirdi).
İyulun 15-də yerli hakimiyyəti Mehdiyevin Şərur rayonunun Cəlilkənd kəndindəki evin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə bəhanəsi ilə onun evinə enerji verilməsini dayandırıb. Lakin Mehdiyevin sözlərinə görə, o, istifadə etdiyi bütün enerjinin haqqını ödəyib və onun bunu təsdiq edən sənədləri var. O vaxtdan etibarən Mehdiyevlər ailəsi 24 gün işıqsız yaşayıb.
Mehdiyev 1050 manatlıq elektrik enerjisindən qanunsuz istifadə etməkdə ittiham olunur. Lakin Mehdiyev özü ittihamı saxta və hüquq müdafiə və jurnalist fəaliyyətinə görə cəzalandırılması məqsədi güdən siyasi sifariş hesab edir.