TELEVİZİYA YAYIMININ GENİŞLƏNDİRİLMƏSİ İLƏ BAĞLI SƏRƏNCAM İMZALANIB

Prezident İlham Əliyev dünən (10 iyul) Azərbaycan Respublikasında televiziya yayımının genişləndirilməsi və efir məkanında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə imzalanıb. Sərəncama əsasən qeyd edilən məqsədlərin həyata keçirilməsi üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon (iki milyon beş yüz min) manat məbləğində vəsait ayrılması nəzərdə tutulur. Sərəncam rəsmi dövlət qəzetlərinin bu günkü sayında dərc edilib.
Previous Post

“MUSAVAT” partiyasinin piketi

Next Post

MTRŞ SƏDRİ YENİ REGİONAL TELEVİZİYALARIN YARADILACAĞINI BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.