DEMOKRATİYA, BÖHTAN VƏ DÖVLƏT MƏMURLARI

ABŞ Səfirinin Baş Məqaləsi
Müəllif: Ənn E. Dersi, ABŞ-ın Azərbaycandakı səfiri
Keçən həftə Azərbaycanda mətbuat azadlığı ilə bağlı yaxşı xəbərlər oldu.

Biz Azadlıq qəzetinin həbsdə olan jurnalisti Mirzə Sakitin azadlığa buraxılması xəbərini xoş qarşıladıq. Həmin gün biz, Asif Mərziliyə böhtana görə iki gün əvvəl təyin edilmiş həbs cəzasının ləğv olunmasına çox sevindik.
Bu müsbət hadisələr bizə hamımızın razılaşa biləcəyimiz bir mühüm konsepsiyanı xatırladır: jurnalistlər öz yazdıqlarına görə həbs edilməməlidir.
Demokratiya o vaxt inkişaf edir ki, cəmiyyətdə fikirlər açıq şəkildə müzakirə edilsin. Demokratik cəmiyyətlər qəzetlərin səhifələrində, radio xəbərlərin tolk-şoularında, internet çat otaqlarında və yaxud ictimai parkların azad söz zonalarında güclü fikir mübadiləsinin aparılması üçün yer tələb edir.
Uzun müddətdir ki, biz mətbuatda söz azadlığı üçün məkanını təmin etmək üçün həm Azərbaycanda, həmçinin də, dünyanın digər yerlərində böhtana görə məsuliyyət üzrə qanunlarda dəyişikliklərin edilməsini müdafiə edirik. Azad mətbuatın kimi nə qədər narahat etməsindən asılı olmayaraq, bu heç vaxt cinayət hesab edilməməlidir. Nə gədər ki, jurnalistlər öz yazdıqlarına görə həbsxanaya atılmaq qorxusu ilə işləyəək, bir o gədər onların azad söz hüququ – əslində isə hər bir vətəndaşın azad söz hüququ məhdud olacaq. Azad fikir mübadiləsinə imkan yaradan söz azadlığı olmadan, azadlıq özü də məhdud olur.
Mən Prezident İlham Əliyevin bu məsələ ilə əlaqədar Əli Həsənov tərəfindən mətbuata verilən şərhləri ilə razıyam. Onun plüralizmə dəstəyi və jurnalislər ilə inciyən tərəflər arasında münaqişələri həll etmək üçün daha yaxşı yolların tapılması ehtiyacı ilə bağlı ifadələri xoş təəssürat bağışladı.
Demokratiyada azadlığın qorunması üzrə onların fövqal rolunu nəzərə alsaq, sözsüz ki, jurnalistlər məsuliyyətli olmalıdır. Vətəndaşların məlumatlı olmaq hüququnu və hökümətin vətəndaşlar qarşısında cavabdehliyinin təmin edilməsi kimi vacib işlərində jurnalistlər etik davranış qaydalarına və peşəkar normalara riayət etməlidir, və onlar digər vətəndaşlar riayət etdiyi bütün qanunlara riayət etməlidir. Lakin, öz yazılarında etik davranış qaydalarını və peşəkar normaları pozan jurnalislər mülki qaydada verilən iddia ilə qarşılaşmalı, və öz həmkarları və ictimaiyyət tərəfindən rədd olunmalıdır – həbs edilməməlidir. Onlar “ictimai fikir məhkəməsi”ndə mühakimə olunmalıdır. Birləşmiş Ştatlarda müşahidələrimiz göstərir ki, ictimaiyyət etibarlı jurnalistika ilə yalançı arasında, dəyərli araşdırma məlumatlarla məkirli, kinli arasında fərqi bilir. Ciddi işlər görən tanınmış jurnalistlər böyük təsirə malikdir və onlar qəhrəmandırlar. Qıcıqlandırıcı və ya məkirli şayələr yayan jurnalistlər isə ictimaiyyət tərəfindən təlxək kimi rədd olunur. Tam reallıqda, biz azad fikirlər bazarını təşviq edirik – və azad bazar öz işini görür. 
Bizim böhtan və azad söz haqqında düşüncələrimizin əsasında bir prinsip dayanır ki, bu da, əksər hallarda dövlət məmurlarını və seçilən nümayəndələri təsvir edən “ictimai xadim” anlayışıdır. Amerikalılar kimi biz hökumətin xalq qarşısında cavabdeh olmasına çox dərndən və səmimən yanaşırıq, və mətbuat – hansını ki biz Dördüncü Hakimiyyət adlandırırıq – hökumətin xalq qarşısında həqiqətən cavab verməsini təmin etməkdə xüsusi rola malikdir.
Biz inanırıq ki, hər hansı şəxs dövlət vəzifəsi iddiasında olanda – o, ilk növbədə ictimai müşahidə səviyyəsi, “adi” vətəndaşlardan gözlənilənlərdən tamamilə fərqli sorğu və tənqidə məruz qalma ilə razılaşır. 45 il əvvəl New York Times Co. v Sullivan haqqında Ali Məhkəmənin qəbul etdi qüvvədə olan qaydaya, böhtan və ya iftiraya görə reportyorlara qarşı məhkəmə iddiası qaldırmaq istəyən dövlət məmurlarının qalib gəlməsi üçün ABŞ məhkəmələri çox yüksək həd müəyyən etmişdir. Onlar yalnız faktların saxta olmasını sübut etməməlidirlər; onlar həmçinin, onu sübut etməlidirlər ki, reportyor həqiqətə bilərəkdən hörmətsizlik edib, yəni məlumatın nəşr olunmasında qəsdən qərəzli mövqe tutub.
Bunun nəticəsində, Birləşmiş Ştatlarda dövlət məmurlarının mətbuata qarşı böhtan maddəsilə iddia qaldırması hallarına çox nadir rast gəlinir. Və bu cür nadir hallar, demək olar ki, son məqsədə çatmır. 
Ali Məhkəmə hökm vermişdir ki, yaxşı idarəetmə naminə və vətəndaşların dövlət siyasətinin necə formalaşması və icra edilməsi üzrə büdcə vəsaitlərinin necə xərclənməsini bilmək hüququ naminə – jurnalislərə çox azad bir ixtiyar verilməlidir.
Əlbəttə ki, bəzi yerli və milli səviyyəli məmurlar vardır ki, onlar bu standartlarla müdafiə olunmadıqlarını hiss edirlər. Şikayətlənirlər ki, onlar mətbuat tərəfindən ədalətsiz olaraq tənqid olunur, ələ salınır və utanc vəziyyətə gətirilir. Buna baxmayaraq, Amerikalılar "dövlət məmuru standartını" (ictimai xadim) açıq idarəçiliyin əsas elementi kimi görürlər. Mətbuatın geniş və məhsuliyyətli araşdırma aparmaq, tənqid etmək üçün imkanı olmazsa və bəli, hətta belə səhvləri olarsa, idarə edən ilə idarə olunan arasında səlahiyyət balansı pozulmuş olur.
Jurnalistlərə diqqəti dövlət məmurlarına yönəltmək üçün sözügedən müdafiə hüququnun verilməsi bizim, yəni xalqın, hakimiyyəti idarə etmək səlahiyyətlərini həvalə etdiyimiz şəxslərin hesabatlılığını təmin etməkdə Amerikaya yaxşı xidmət edir. Kiçik şəhərlərdən Vaşinqtona kimi jurnalistlər zəif idarəetməni və korrupsiyanı, dövlət vəsaitlərinin düzgün xərclənməməsi hallarını ifşa edib. Və bizim seçdiyimiz nümayəndələr və dövlət xadimləri bəzi hallarda jurnalistlər tərəfindən sorğulanmanı ya xoşa gəlməyən və ya müdaxilə kimi qiymətləndirmələrinə baxmayaraq, mətbuatı dövlət siyasətinin formalaşmasında əsas element kimi görürlər. Mətbuat ilə hökumət arasında təbii bir gərginlik vardır – siz bunu sağlam skeptizm adlandıra bilərsiniz,  lakin bu gərginlik hökümətin şəffaf və cavabdeh olması üçün əsas amildir.
Ən peşəkarcasına idarə olunan Amerika şəhərləri və ştatlarında siz güclü qəzet və televiziya xəbərləri tapa bilərsinizJurnalistikanın ən yaxşı fəaliyyət göstərdiyi yerdə, siz hökumətin fəaliyyəti ilə əlaqəsi olan və ona cəlb olunmuş vətəndaşları aşkar edərsiniz.
Əlbəttə, Azərbaycanda bu məsələlərlə necə məşğul olmaq yolunu ölkənin demokratik inkişafı dövründə Azərbaycanlılar müəyyən edəcəklər. Biz ümid edirik ki, demokratik inkişafa töhfə vermək üçün jurnalistlərin müdafiəsi təmin ediləcək və onlar lazımi məkanla təmin ediləcəklər.
Previous Post

İTV-NİN YAYIM ŞURASI MÜƏYYƏNLƏŞDİ

Next Post

ALI MUSTAFAYEVİN ÖLÜMÜNDƏN 18 İL ÖTDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.