Jurnalist ona edilən hədələrlə bağlı dindirilib

14709

Mayın 15-də “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunaraq iki saat  müddətində ifadə verib. Bu barədə bu gün (16 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Azər Ayxan məlumat verib. Azər Ayxanın sözlərinə görə, dünən saat 16:00-dan 18:00-a kimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub və onu idarənin istintaq şöbəsi rəisinin müavini Canpolad Daanov qəbul edərək ifadəsini alıb.

“Bu həftənin əvvəllərindən başlayaraq mobil telefonuma gələn təhqir, hədə zəngləri və mesajları ilə bağlı C. Daanova məlumat verdim. İdarədə mənim telefonuma baxış keçirildi, mənə gələn mesajlara baxıldı. Zəng vurub söyən şəxslərin telefon nömrələrini istintaqa təqdim etdim. Bu barədə də ayrıca protokol tərtib olundu. Daanovbildirdi ki, bir həftə, on gün ərzində həmin şəxslər aşkarlanaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriləcəklər və orada onlarla üzləşmə keçiriləcək”,-deyə jurnalist əlavə edib.

Xatırladaq ki, mayın 12-də saat 21.10 radələrindən etibarən “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın mobil nömrəsinə 050 648 02 02 və 055 872 73 56 nömrələrindən hədə  zəngləri gəlməyə başlayıb. A. Ayxan böyük ehtimalla bu kampaniyanın arxasında Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin dayandığını, buna səbəb kimi isə “Yeni Müsavat” qəzetinin son saylarında Gəncənin icra başçısı Elmar Vəliyev haqqında silsilə yazılar dərc olunduğunu,
həmin yazılarda E.Vəliyevin idarəçilikdə yol verdiyi bəzi qanunsuzluqların əksini tapdığını bildirir. Azər Ayxan məsələ ilə bağlı ölkə başçısına, DİN-nə müraciətlərin hazırlandığını, həmçinin “Azercell” ə sorğu göndəriləcəyini qeyd edir.

Previous Post

Jurnalistin məhkəməsinin izlənilməsinə imkan verilməyib

Next Post

Jurnalist polis təzyiqi ilə üzləşib

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.