REDAKTORLAR BİRLİYİNİN TOPLANTISI KEÇİRİLDİ

Bu gün (15 noyabr)

Reportyorların Azadlıq və

Təhlükəsizlik İnstitutunun

mətbuat mərkəzində Redaktorlar

Birliyinin növbəti toplantısı

keçirildi.

Toplantıda ilk olaraq saytlara olan haker hücumları ilə bağlı Azərbaycan Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciətin layihəsi müzakirə edildi. Qısa müzakirələrdən sonra  müraciət qəbul olundu və nazirə ünvanlandı.

Toplantıda sonra  “Gündəlik Bakı” qəzetinin 26.10.2011-ci il tarixli sayında dərc olunan “Zaqatala rayon Polis Şöbəsində anarxiya hökm sürür” başlıqlı məqalə ilə bağlı Redaktorlar Birliyinin rəyi açıqlandı. Azərbaycan Jurnalistlərinin Etik Kodeksi və Nəcəf Nəcəfov Fondunun  metodologiyası əsasında hazırlanan rəydə qəzetin məqaləsində, o cümlədən qəzetdə gedən məqaləyə cavab vermiş Daxili İşlər Nazirliyinin açıqlamasında   peşə-etik  normaların pozulması və böhtan xarakterli bəyanatlara yol verilməsi aşkarlanıb.

  Daha sonra  “Xural” qəzeti ətrafında baş verənlər və qəzetin həbs edilmiş baş redaktoru Əvəz Zeynallı barədə müzakirələr aparıldı. Baş redaktorun müdafiəsinin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Habelə məlumat verildi ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ə.Zeynallının saxlanma şəraiti ilə bağlı ciddi problemlər mövcuddur. Ə.Zeynallı nəm və soyuq  kamerada saxlanılır.  Habelə redaktorlar “Xural” qəzetinin hazırda həbsdə olan bölgə müxbiri Aydın Caniyevin işi ilə bağlı da fikir mübadiləsi apardılar.

 Bundan sonra isə cari il sentyabrın 9-da ailə üzvlərinə təzyiq edilmiş jurnalist  İdrak Abbasovun məsələsi müzakirə olundu. İ.Abbasovun verdiyi məlumata görə, ailə üzvlərini döyən və onlara məxsus mülkə ziyan vuran şəxslərlə bağlı hələ ki, heç bir tədbir görülməyib. Redaktorlar bu məsələni də diqqətdə saxlamaq barədə qərar verdilər.  

Redaktorların müzakirə etdiyi növbəti məsələ isə “Gündəm Xəbər” qəzetinə qarşı məhkəmə iddiaları ilə bağlı oldu. Qəzetin baş redaktoru Şirin Cəfərlinin verdiyi məlumata görə, qəzetə və ona qarşı vergidən yayınmaya  görə başlanmış cinayət işi üzrə istintaq bitib və iş məhkəməyə verilib.  İşə noyabrın 28-də saat 09.20-də 1 saylı Bakı İqtisad Məhkəməsində baxılacaq. Qəzetə qarşı növbəti iddia isə Samux rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyevin “şərəf  və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərə görə 110 min manat təzminat”  tələb etməsidir. Baş redaktor Ş.Cəfərli bildirdi ki, iddiaya səbəb qəzetdə Samux barədə gedən reportaj səbəb olub və iddia üzrə artıq  ilk məhkəmə iclası da keçirilib. Amma qəzetin nümayəndəsi Nəsimi Şərifxanoğlu məhkəmə qarşısında vəsatət qaldıraraq, işə qəzetin qeydiyyatda olduğu və fəaliyyət göstərdiyi Bakı şəhərində baxılmasını xahiş edib. Redaktorlar Birliyi hər iki məhkəmə prosesini də diqqətdə saxlamaq və məhkəmə proseslərinin monitorinqinin aparılmaq barədə qərar verdi.

 

Previous Post

REDAKTORLAR ƏVƏZ ZEYNALLININ MÜDAFİƏSİNİ GÜCLƏNDİRƏCƏK

Next Post

“İNSAN HAQLARI Aİ ÜÇÜN ÇOX ƏHƏMİYYƏTLİDİR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.