TƏHSİL EKSPERTİ BÖHTAN ATMADA İTTİHAM OLUNUR

Bu gün (16 dekabr ) Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin  sədrliyi ilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası”nın təhsil məsələləri üzrə ekspert Əlövsət Osmanlıya qarşı  iddiasına əsasən Yasamal rayon Məhkəsinin  5 noyabr 2010-cu il tarixdə verdiyi qərardan apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirildi.

Prosesdə cavabdeh Ə. Osmanlı və vəkilləri İsaxan Aşurov, Elçin Sadıqov iştirak etsələr də, iddiaçı tərəfdən heç kim iştirak etmirdi.

Elçin Sadıqov apellyasiya şikayətini qarşı tərəfin verdiyini xatırladaraq, onların da prosesdə iştirak edilməsinin təmin edilməsi barədə vəsatət qaldırdı.

Hakim S. Mirzəyev növbəti proses zamanı iddiaçı tərəfin də məhkəmədə iştirakının təmin edilməsinə çalışacağını deyərək, məhkəməni 20 dekabr saat 15:00-a qədər təxirə saldı.

Xatırladaq ki, Ə.Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən Dərslikləri Qiymətləndirmə Şurası” üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər. Yasamal rayon Məhkəməsi 5 noyabr 2010-cu il tarixdə işə xitam verilməsi barədə qərar  çıxarmışdı.

Previous Post

AŞURA GÜNÜ İLƏ BAĞLI JURNALİST İDRAK ABBASOV İLƏ MÜSAHİBƏ

Next Post

SABİQ DEPUTATLIĞA NAMİZƏDİN QOHUMLARININ POZULMUŞ HÜQUQLARI HƏ DƏ BƏRPA EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.