EMİN MİLLİ SƏRHƏDDƏN GERİ QAYTARILIB

Blogger, keçmiş siyasi məhbus Emin Milli (Abdullayev) iyun ayının 10-da  xarici  səfərə  gedərkən Heydər Əliyev adına hava limanının sərhəd keçid məntəqəsində saxlanılıb. Bu barədə bu gün (13 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  E. Millinin özü məlumat verib.

“Britaniyada  “Con smik” adlı  proqram  var.  Həmin proqrama qəbul olduğum üçün bir ay müddətinə  Böyük Britaniyaya getməli idim. Ancaq məni sərhəddən buraxmadılar. Sərhəddə mənə dedilər ki, Ədliyyə Nazirliyindən mənim şərti azadlığa buraxılmağım bildirilib və bu səbəbdən mənə ölkəni tərk etmək olmaz”, – deyə qeyd edən E.Milli  səfərinin qarşısını alan maneənin aradan qaldırılması üçün  vəkilləri ilə işə başladıqlarını bildirdi.

Xatırladaq ki, bloggerlər – Emin Milli və Adnan Hacızadə “Eşşəklə müsahibə” satirik videoçarxa görə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insident bəhanəsi ilə həbs ediliblər. Həmin insident zamanı bloggerlərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay  və 2 il müddətinə azadlıqdan məhrum olunmuşdular. A. Hacızadə  18 noyabr 2010-cu il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə, Emin Milli isə 19 noyabr Salyan rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

 

Previous Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU ƏTRAFINDA BÖHRAN

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.