KETRİN EŞTON HÖKUMƏTİ GƏNCLƏR BARƏDƏ HÖKMLƏRƏ YENİDƏN BAXMAĞA ÇAĞIRIŞ EDİB

Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton gənc fəallar – Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbs edilmələri ilə bağlı   mayın 20-də bəyanatla çıxış edib.

 “Azərbaycanda insan hüquqlarına hörmətlə bağlı vəziyyət barədə narahatlığım artmaqdadır. İki gənc fəalın – Cabbar Savalanın  və Bəxtiyar Hacıyevin müvafiq olaraq, 4 və 18 mayda həbsə məhkum edilməsi bizi narahat edir. Hər iki işin halları məhkəmə proseslərində siyasi motivlərin daha üstün olduğunu düşünməyə əsas verir. Biz Azərbaycanı götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq, qanunun aliliyini təmin etməyə və fundamental azadlıqlara tam hörmət etməyə çağırırıq. Biz həmçinin Azərbaycanı məhkəmə qərarlarına yenidən ədalətli və sürətli şəkildə baxmağa çağırırıq”, – deyə Ketrin Eşton bildirib.

 

Previous Post

HƏBS OLUNAN GƏNCLƏRƏ DƏSTƏK OLAN GƏNCLƏR DƏ HƏBS OLUNDULAR

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 23 MAY 2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.