İCRA BAŞÇISI XÜSUSİ İTTİHAM QAYDASINDA MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Bu gün (11 iyun) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçının nümayəndələri Zahir Niftəliyev və Azər Tağıyev, cavabdeh Yaqub Muradzadə və onun nümayəndələri Əlibaba Rzayev və Şəhriyar Əliyev iştirak edirdilər.
Əlibaba Rzayev Yasamal rayon icra hakimiyyətinin məhkəməyə təsir imkanlarının olmasını əsas gətirərək, iddiaya başqa məhkəmədə baxılması barədə etiraz təqdim edib. İddiaçının nümayəndələri isə etirazın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş ediblər.
Hakim etirazın məhkəmənin sədrinə təqdim ediləcəyini bildirərək, sədrin qərarına qədər hazırlıq iclasının təxirə salındığını bildirdi.
Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-ci ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.
Xatırladaq ki, İ.Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına yazdığı şikayət məktublarında təhqir və böhtana məruz qaldığını hesab edərək, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.

Previous Post

ATƏT “CƏMİYYƏT DƏSTƏKLƏRİ POLİS” LAYİHƏSİ ÜZRƏ KONFRANS KEÇİRİB

Next Post

AVROPA MƏHKƏMƏSİNİN EYNULLA FƏTULLAYEVLƏ BAĞLI QƏRARI İCRA OLUNMALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.