TƏHSİL ÜZRƏ EKSPERT YAZILARINA GÖRƏ MƏHKƏMƏYƏ VERİLDİ

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) təhsil üzrə ekspert Əlövsət Osmanlının Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə məsuliyyətə cəlb edilməsi tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Əlövsət Osmanlı özü məlumat verib. O, “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən DQŞ üzvlərinin onunla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini bildirib.
    Ə. Osmanlı məhkəmə iddiasının onu öz mövqeyindən çəkindirməyəcəyini və təhsildəki nöqsanlarla bağlı yazılarını davam etdirəcəyini bildirib.

Previous Post

“Dalğa” Gənclər Hərəkatı Elmin Bədəlovun hüquqlarının bərpası tələbi ilə etiraz aksiyası keçirib

Next Post

GAMOH-un təşkilatçılığı ilə Dünya Ana Dili Günü münasibətilə Dəyirmi Masa keçirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.