Elan!

Onlayn İfadə Təşəbbüsü kampaniyası “Azərbaycanda İnternet Azadlığı” adlı hesabatının ilkin versiyasını təqdim edir.

10 oktyabr, saat 11:00-da, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Onlayn İfadə Təşəbbüsü kampaniyası kiberməkanda ifadə azadlığı ilə bağlı müzakirələri artırmaq məqsədi ilə hazırlanmış “Azərbaycanda İnternet Azadlığı” adlı hesabatının ilkin versiyasını təqdim edəcək.

Hesabat 2012-ci ilin may ayında yerli ifadə azadlığı təşkilatları olan İnsan Hüquqları Klubu, Azərbaycan Media Mərkəzi və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) tərəfindən yaradılmış Onlayn İfadə Təşəbbüsü kampaniyasına məxsusdur. Onlayn İfadə Təşəbbüsü kampaniyasının məqsədi qabaqcıl təcrübə yaratmaq, Azərbaycanda internetə çatımlılığın və internet azadlığının inkişafı məqsədilə ictimai dialoqu gücləndirməkdir.  Kampaniya Beynəlxalq Mediaya Dəstək (IMS), Demokratiyaya Milli Dəstək (NED) və Açıq Cəmiyyət Fondları təşkilatlarının dəstəyi ilə həyata keçirilir.

Previous Post

QADIN HÜQUQLARI MÜDAFİƏ CƏMİYYƏTİNİN SƏDRİ NOVELLA CƏFƏROGLU İLƏ MÜSAHİBƏ

Next Post

GÜRCÜSTAN REGİONAL LAYİHƏLƏRƏ SADİQLİYİNİ SAXLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.