ONLAYN İFADƏ TƏŞƏBBÜSÜ KAMPANİYASININ VEB SƏHİFƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

Bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Onlayn İfadə Təşəbbüsü (Expression Online Initiative) kampaniyasının expressiononline.net  veb-səhifəsinin təqdimat mərasimi keçirildi.

Kampaniyanın iştirakçılarından olan İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov qeyd etdi ki, kampaniya yaxın gələcəkdə Azərbaycanda keçiriləcək internet idarəçiliyi forumu çərçivəsində beynəlxalq diqqəti ölkəmizə çəkməkdir. O Azərbaycanda internet azadlığı ilə bağlı problemlərin olduğunu, insanların internetdəki fikirlərinə görə təqib olunduqlarını qeyd etdi.
Kampaniyanın iştirakçılarından olan RATİ sədri Emin Hüseynov isə Azərbaycanda internet azadlığının acınacaqlı durumu ilə bərabər, əhalinin internetə əl çatımlılığı sahəsində də problemlərin olduğunu qeyd etdi. O rəsmi statistikadan fərqli olaraq ölkə əhalisinin 65 deyil, hətta 50 faizdən də az bir hissəsinin internetə çıxışının olduğunu, bunun da təxminən 30 faizinin daylap-dan istifadə etdiklərini bildirdi. O internetin sürətinə görə Azərbaycanın nəinki inkişaf etmiş ölkələr, hətta Cənubi Qafqaz ölkələri sırasında axırıncı yeri tutduğunu bildirdi.
Daha sonra  E.Hüseynov   Onlayn İfadə Təşəbbüsü kampaniyasının expressiononline.net saytı barədə geniş məlumat verdi. O, saytın  ayrı-ayrı bölmələrdə Azərbaycanda internet sahəsində olan problemlər, problemlərdən çıxış yolları, hesabatlar və digər məsələlərə dair məlumatlar, foto və video görüntülərin  əksini tapacağını qeyd etdi.

Previous Post

ŞƏHRİYAR HACIZADƏ VƏ FƏRİD HÜSEYN JURNALİSTLƏRLƏ GÖRÜŞDÜ

Next Post

BAKIDA “NEFT, QAZ VƏ MEDİA” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.