ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Bu gün (18 fevral) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verən Emin Fətullayev, baş redaktorun vəziyyətinin yaxşı olduğunu və heç bir şikayəti olmadığını bildirib.
Emin Fətullayev daha sonra onu da bildirib ki, başda Beynəlxalq Amnistiya təşkilatı olmaqla bir çox beynəlxalq hüquq müdafiə təşkilatları Eynulla Fətullayevə dəstək kompaniyasını  davam etməkdədir. Onun sözlərinə görə, fevral ayı ərzində İngiltərənin 60, Kanadanın 9, Şotlandiyanın 21, İsveçrənin 2, Avstriyanın 3 şəhərindən və digər ölkələrdən baş redaktorun ünvanına 300-dən artıq məktub və açıqca daxil olub. Həmçinin Polşanın 20-yə yaxın məşhur  hüquq müdafiəçisi, Böyük Britaniyanın 4 kollecinin tələbələri, İngiltərənin məşhur “ The Times” jurnalının şərhçisi Mark Keri, Şotlandiyanın bir çox kilsə rəhbər və keşişləri məktub yazıblar. Bu məktub və açıqcalarda “Biz sizinlə fəxr edirik”, “Biz sizin qapınızı açacağıq”, “Bir yerdə sözün düşməninə qalib gələcəyik” şüarlar səsləndirilib.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

FOTOMÜXBİR ELXAN KƏRİMOVUN SƏRGİSİ KEÇİRİLİB

Next Post

MƏTBUAT ŞURASININ OFİSDƏN ÇIXARILACAĞI HAQQINDA MƏLUMATLAR DOĞRU DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.