EYNULLA FƏTULLAYEVİN VƏKİLİ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB

Bu gün (01 aprel) saat 14.30-da Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinə (MTN) dəvət edilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Elçin Sadıqov bildirdi ki, MTN-də ondan vəkili olduğu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin açıqlamaları ilə bağlı izahat almaq istəyiblər. “MTN-in İstintaq İdarəsinin müstəntiqi Faiq Hacılıya bildirdim ki, qanunvericiliyə görə, vəkillər peşə fəaliyyətləri ilə bağlı dindirilə bilməzlər. Bu səbəbdən də mən izahat verməkdən imtina etdim” – deyən E.Sadıqov əlavə etdi ki, 30-40 dəqiqə MTN-də olub.
Qeyd edək ki, 2 həftə əvvəl bir neçə media nümayəndəsi də Eynulla E.Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlamaları ilə əlaqədar MTN-ə dəvət çağırılmışdılar.
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məsələ ilə əlaqədar RATİ-yə bildirib ki, vəkilin peşə fəaliyyəti ilə əlaqədar MTN-ə çağırılması bütün hallarda yolverilməzdir və bu, cəmiyyətin gözünü qorxutmaq üçün atılmış növbəti addımdır.

Previous Post

ANDRES HERKEL VƏ YAN KELLİ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI AÇIQLAMA VERİB

Next Post

GÖYÇAY RAYON SAKİNİ ONDAN RÜŞVƏT ALINDIĞINI İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.