AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (17 noyabr) ailə üzvləri  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüblər.

Bu barədə  RATİ-yə  Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib: “Qənimətin səhhəti normaldır, saxlanndığı müəssisə personalından da heç bir şikayəti yoxdur”.
Mürsəliyeva qeyd edib ki,  hazırda ingilis dilini daha da mükəmməl öyrənməyə çalışan Zahid habelə alman və ərəb dillərini öyrənməklə də məşğul olur. Bu səbəbdən də Mürsəliyeva Zahid üçün alman dilində bir neçə kitab apardığını bildirib.
Previous Post

BİR QRUP JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ RƏDD EDİLDİ

Next Post

NAXÇIVANDA “TURAN” IN DA SAYTINA MƏHDUDİYYƏTLƏR QOYULDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.