FƏRƏMƏZ NOVRUZOĞLU ONA ELAN EDİLƏN İTTİHAMLARI RƏDD EDİR

Bu gün (18 iyul) Nizami rayon Məhkəməsində hakim İmran Burcayevin sədrliyi ilə jurnalist Fərəməz Novruzoğlunun (Allahverdiyev) işi üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə təqsirləndirilən Fərəməz Novruzoğlu,  dövlət ittihamçısı Əsədulla Ramazanov və dövlət tərəfindən F. Novruzoğluna dövlət tərəfindən təyin edilmiş   vəkil Sehran Əkbərov iştirak ediblər.

            F. Novruzoğlu ona qarşı irəli sürülən ittihamlarda özünü  təqsirli hesab etmədiyini bildirib. Daha sonra o tərtib olunana ittiham aktında bir sıra yanlışlıqların olduğunu və burada onun şəxsiyyətinin mənfi formada təqdim edilməsinə etirazını bildirib.

Proses iyulun 26-da saat 12:00-da davam edəcək.

           Xatırladaq ki, 18 aprel 2012-ci ildə jurnalist Fərəməz Novruzoğlu  gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin  xüsusi əməliyyatı nəticəsində həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 220.2-ci (Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham olunur. Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, F. Novruzoğlu uzun müddət "Xural" qəzetində çalışıb. Sonradan "24 saat", "Noto bene" qəzetlərinin qurucularından olub, “Millətim” qəzetində baş məsləhətçi kimi çalışıb.

 

Previous Post

DÜNYADA VƏ AZƏRBAYCANDA NARKOMANLARIN SAYI ARTMAQDADIR

Next Post

GƏNCLƏR TƏŞKİLATLARI MÜDAFİƏ MİTİNQİNƏ HAZIRLAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.