ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dekabrın 6-da  Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində  saxlanılan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. Onun sözlərinə görə, jurnalistin səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

Emin Fətullayevin bildirdiyinə görə,  baş  redaktora 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü münasibətilə müxtəlif ölkələrindən dəstək məktubları göndərilib.
Məktublarda  Azərbaycanda jurnalistlərə qarşı təqiblər tənqid olunur, azad media ilə həmrəylik bildirilir, həmçinin məhbus jurnalistlərə azadlıq tələb edilir.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN AZAD OLUNMASI İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Next Post

QƏNİMƏT ZAHİDİN SƏHHƏTİNDƏ PROBLEMLƏR VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.