NORVEÇDƏ XARİCİ MÜLKİYYƏT HÜQUQLU YAYIMLAR QADAĞAN DEYİL

“Son vaxtlar yayılan xəbərlərdə belə məlumatlar gedir ki, Norveç qanunları milli tezliklərdə xarici mülkiyyət hüququ olan yayımları qadağan edir.

Norveç səfirliyi bununla əlaqədar qeyd etmək istərdi ki, bu, düzgün məlumat deyil”. “Azadlıq” radiosunun  “Turan” İnformasiya Agentliyinə istinadən yaydığı məlumatına görə, Norveç səfirliyinin noyabrın 27-də yaydığı məlumatda belə deyilir. Səfirlik bildirir ki, onların ölkəsində xarici mülkiyyət hüququ olan yayımların milli tezliklərdə yayımlanmasına heç bir məhdudiyyət yoxdur:
“Norveçdə milli tezliklərdə xarici mülkiyyət hüququ olan yayımlarla bağlı yeganə hüquqi məhdudiyyət dil məzmunu ilə əlaqədardır. Daha dəqiq desək, Norveç dili ilə. Belə ki, musiqi, xəbərlər və digər proqramların yayılmasında Norveç dilinə minimum təlabat var. Fakt etibarı ilə isə Norveçin milli tezliklərində yayımlanan bəzi radiostansiyaların əksəriyyətinin xarici mülkiyyət hüququ var”.
Xatırladaq ki, xarici radioları yerli tezlikdən məhrum etmə planını açıqlayandan sonra Milli Televiziya və Radio Şurasının sədri Nüşirəvan Məhərrəmli çıxışları zaman dəfələrlə vurğulayıb ki, bir sıra Avropa ölkələrində də yerli tezliklər xarici radiolara məxsus deyil.
Qeyd edək ki,   Norveç Xarici İşlər Nazirliyinin (XİN) noyabrın 12-də yaydığı bəyanatda BBC, “Azadlıq” və “Amerikanın Səsi” radiolarının sərbəst yayımının dayandırılması haqda Milli Televiziya və Radio Şurası rəhbərinin fikrindən narahatlıq ifadə olunmuşdu. Noyabrın 18-də isə Norveç səfiri Yon Ronberq Azərbaycan XİN-inə dəvət olunmuş və ona bu bəyanatla bağlı xəbərdarlıq edilmişdi.
Previous Post

NORVEÇ SƏFİRLİYİNİN BİRİNCİ KATİBİ EYNULLA FƏTULLAYEVƏ GÖRÜŞÜB

Next Post

“XARİCİ RADİOSTANSİYALARIN AZAD YAYIMININ DAYANDIRILMASI MEDİA PLÜRALİZMİNƏ CİDDİ ZƏRBƏ OLARDI”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.