YAP-IN İCAZƏLİ MİTİNQİNDƏ 4 NƏFƏR JURNALİST TƏZYİQƏ MƏRUZ QALIB

Hakim Yeni Azərbaycan Partiyasının sentyabrın 17-də Bakıda – Azərbaycan Dövlət Neft Şirkətinin Bibiheybətdəki İdman-Sağlamlıq Mərkəzində keçirdiyi icazəli mitinq zamanı 4 nəfər jurnalist təzyiqə məruz qalıb.

“Dünənki aksiyada polis daha çox fotoçəkiliş aparan jurnalistlərə mane olurdu. Məni və “Trend” informasiya agentliyinin fotomüxbiri Emil Məməmdovu da şəkil çəkəndə saxlayıb polis maşınına apardılar. Polis əvvəlcə Emili tutmuşdu. Həmin anı çəkmək istəyirdim ki, mənim özümü tutdular. Başqa hər hansı zorakılıq olmadı, beş-on dəqiqə sonra Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov bizə yaxınlaşdı və anlaşılmazlıq olduğunu deyib bizdən üzr istədi”. Bunu Media forum” xəbər saytına “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlu deyib.
Qeyd edək ki, YAP-ın 17 sentyabr mitinqində Maarif Çingizoğlu və Emil Məmmədovdan başqa Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun iki əməkdaşı – Etimad Budaqov və Rasim Əliyev də təzyiqlə məruz qalıblar.

Previous Post

ELAN

Next Post

AZƏRBAYCAN MƏTBUAT ŞURASI JURNALİSTLƏRƏ XÜSUSİ GÖDƏKCƏLƏR PAYLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.