SÖZ VƏ MƏTBUAT AZADLIĞINA DAİR FORUM KEÇİRİLİB

Martın 29-da ölkənin vətəndaş cəmiyyəti institutları, media qurumları və siyasi partiya nümayəndələrinin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının qərargahında söz və ifadə azadlığının müdafiəsi ilə bağlı forum keçirildi.

Forumu açan “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid ölkədə jurnalistlərə qarşı fiziki zorakılıqdan danışıb və ən son belə zorakılığa bu günlərdə redaktoru olduğu qəzetin əməkdaşı Seymur Həziyevin məruz qaldığını dedi. O Seymur Həziyevin oğurlanaraq döyülməsi faktını   buna qədər olan belə hadisələrin davamı kimi dəyərləndirib. Qənimət Zahid jurnalistlərə qarşı ayrı-ayrı vaxtlarda olan zorakılıqları xatırladıb.

 “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə  Seymur Həziyevin döyülməsi ilə bağlı daxili işlər naziri ilə bir gün əvvəl keçirilən  görüşə toxunub.   “Nazir bu gərginliyin artmasında maraqlı olan “üçüncü tərəf”in olduğunu bildirib. İstintaqın gedişində şəffaflığı təmin etmək məqsədilə Media Hüquqları institutunun direktoru Rəşid Hacılı və Seymur Həziyevin vəkili istintaq qrupuna daxil edilib”, – deyə qeyd edən Mehman Əliyev  zorakılığın mediaya təzyiq üsulu olduğunu bildirdi. Bununla yanaşı o mediaya məhkəmə qərarları,  məhkəmə vasitəsilə təyin edilən cərimələr vasitəsilə də təzyiqlər olmasını  vurğuladı. Habelə o, hakimiyyətin reklam, yayım, çap sahəsində də mediaya problemlər yaşatdığını  yada salıb.

Jurnalist Seymur Həziyev də  özünə qarşı cinayəti indiyə qədər jurnalistikaya qarşı olan cinayətlərin tərkib hissəsi adlandırıb və o bu cinayətlərin törədilməsində birbaşa hüquq-mühafizə orqanlarını ittiham edib.

Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu isə çıxışında vaxtilə belə cinayətlərə görə hüquq-mühafizə orqanlarına cinayətkarların adlarını verdiklərini, amma cinayətlərin üstünün açılmadığını deyib.

AXCP sədri Əli Kərimli isə müstəqil mətbuatın dairəsinin məhdud olmasına baxmayaraq, cəmiyyətdə həlledici sözə  malik olmasını qeyd edib. Rəsmi Bakıya səslənən AXCP sədri “başqa ölkələrdə belə cinayəti törədən icraçılar indi sifarişçilərin üzünə durur”, – deyə xəbərdarlıq etdi.  Eyni məzmunlu çıxışla “Milli Birlik” hərəkatının sədri Lalə Şövkət Hacıyeva da çıxış etdi.

 

Previous Post

JURNALİSTİN TƏZYİQƏ MƏRUZ QALMAĞI BEYNƏLXALQ TƏŞKİLATLARI CİDDİ NARAHAT EDİB

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 29 03 2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.