QƏNİMƏT ZAHİD APELYASİYA ŞİKAYƏTİ VERİB

17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz olunması tələbinə əsasən Əzizbəyov rayon Məhkəməsinin  17 sentyabr 2009-cu il tarixində çıxardığı qərardan apelyasiya şikayəti verilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. O, apelyasiya şikayətində məhkəmənin çıxardığı qərarın ədalətsiz  olmasının qeyd olunduğunu bildirdi:
“Təqdim etdiyimiz şikayətdə Əzizbəyov rayon Məhkəməsinin  əsassız mülahizələrə istinad edərək çıxardığı qərarın ləğv olunaraq, iddianın təmin olunması xahiş olunub. “
Qeyd edək ki, Qənimət Zahid cəzasının üçdə bir hissəsini çəkdiyinə görə cəzasının qalan hissəsini azadlıqda çəkməsi ilə bağlı qaldırılmış iddia Əzizbəyov rayon məhkəməsi tərəfindən təmin edilməmişdi.
Xatırladaq ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

RATİ-NİN ƏMƏKDAŞLARI “MÜHARİBƏDƏN REPORTAJ” MÖVZUSUNDA KEÇİRİLƏN MÜSABİQƏDƏ 2-Cİ YERİ TUTDULAR

Next Post

“TURAN SERVİS” MMC-NİN RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.