AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (21 iyul) ailəsi 17 saylı Cəzaçəkmə Müəssisəsində  cəza çəkən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovla görüşüb.

Bu barədə RATİ-yə məlumat verən baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyevanın sözlərinə görə, onun saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur: “Yalnız revmatizmdən bir az şikayəti var”.
         Habelə Q.Zahidov məhbuslara latın qrafikalı Azərbaycan əlifbasının öyrədilməsi üçün həbsxanada kursların təşkil edilməsi ilə bağlı verdiyi təklifinə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin reaksiyasına da münasibət bildirib.
         “Qənimət dedi ki, belə kurslar və ya məktəblər  yalnız azyaşlıların cəza çəkdiyi müəssisələrdə var. 17 saylı Cəzaçəkmə Müəssisəsində isə heç bir məktəb və ya kurs yoxdur” ,  – deyə A. Mürsəliyeva qeyd etdi.

Previous Post

PREZİDENT APARATININ ŞÖBƏ MÜDİRİ MƏTBUAT ÜZRƏ XÜSUSİ OMBUDSMANA EHTİYAC GÖRMÜR

Next Post

ABŞ AZƏRBAYCAN HAKİMİYYƏTİNİ JURNALİSTLƏRİ AZADLIĞA BURAXMAĞA ÇAĞIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.