HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

yanvar 12th, 2010
Dünən (11 yanvar) Ayəndə Mürsəliyeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan həyat yoldaşı,  “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ayəndə Mürsəliyeva məlumat  verib.

Onun sözlərinə görə, baş redaktor saxlanma şəraitindən narazılıq etməsə də, revmatizm ağrılarının güclənməsindən narahatlıq keçirdiyini bildirib və həmçinin onu da əlavə edib ki, artıq ona müalicə təyin olunub.
 Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.