HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (6 aprel) Ayəndə Mürsəliyeva həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində görüşüb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A. Mürsəliyeva özü verib. Onun sözlərinə görə, baş redaktor səhhətindən və saxlanma şəraitindən heç bir şikayət etməyib. O, həmçinin ingilis dilində mütaliəsini davam etdirir.

   Görüş zamanı Q.Zahid siyasi məhbus problemini həll etmək üçün məruzəçidən başqa alternativ yolu olmadığını qeyd edib: “Mən məruzəçi ilə görüşü səbirsizliklə gözləyirəm”.
 Baş redaktor həmçinin amnistiyaya düşən qardaşı Mirzə Sakitin (Sakit Zahidov)  hələ də həbsdə olmasına təəccüblənib: “Andres Herkelin Azərbaycana səfər edəcəyini nəzərə alıb onu azad etməli idilər ”. 
Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
Previous Post

BAKI ŞƏHƏRİNİN İCRA BAŞÇISI JURNALİSTİN SUALLARINI CAVABLANDIRMAQDAN İMTİNA ETDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.