BAŞ PROKURORLUQ AVROPA PARLAMENTİNİN SUALLARINI CAVABLANDIRIB

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov  yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsi ilə  əlaqədar Avropa Parlamentinin 15 dekabr 2011-ci il tarixli qətnaməsində qoyulan suallara cavab verib.

Baş Prokurorluğun yaydığı məlumatda  bildirib ki,  baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə açılmış cinayət işi üzrə istintaq davam edir. Habelə  "Sənət" qəzetinin baş redaktoru Hüseynov Samir Sədaqət oğlunun, Rafiq Tağının ailə üzvlərinin yaşadıqları binanın və onun dəfn olunduğu şəhər qəbiristanlığının ətrafında əlavə naryadlar ayrılaraq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Qeyd edək ki, noyabrın 19-da 61 yaşlı R. Tağı axşam saatlarında işdən
evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. O yeddi bıçaq yarası ilə xəstəxanaya müraciət edib, üç gün sonra xəstəxanada qəflətən səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdi.  Faktla bağlı cinayət işi açılıb, lakin hələlik cinayətlə bağlı saxlanılan yoxdur.
             Xatırladaq ki, 2006-cı ilin noyabr ayında  işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə R. Tağı həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına  xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər. Yazıya görə İranda Ayətullah-uzma Fazil Lənkərani onun ölümünə fitva da vermişdi.  Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, müddətinə azadlıqdan məhrum edilmişdi. Amma onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdılar. Noyabrın 27-də isə İranlı Ayətullah-uzma Fazil Lənkəraninin oğlu, ayətullah şeyx Məhəmməd Lənkərani bu qətli alqışlayan bəyanat yayıb.

 

 

Previous Post

ƏSGƏR ÖLÜMLƏRİNƏ YOX DEYƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.