GÜRCÜSTANLI JURNALİST AZƏRBAYCANDAN SIĞINACAQ İSTƏYİR

Gürcüstanın  “Metro” qəzetinin baş redaktoru Lazo Lazareişvili müvəqqəti sığınacaq almaq xahişi ilə Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciət edib.

Bu barədə Media Mərkəzində (RATİ) Lazo Lazareişvili keçirdiyi mətbuat konfransında məlumat verib.

“Azərbaycan mənə doğma, həm də vətənimə yaxın ölkədir. Digər tərəfdən də Azərbaycan Cenevrə Sazişinə qoşulub, qaçqınlarla da bağlı qanunu var. Bu səbəbdən  müvəqqəti sığınacaq üçün Azərbaycanı seçmişəm”, – deyə qeyd edən Lazo Lazareişvili xahişinə müsbət baxılmayacağı təqdirdə üçüncü ölkəyə müraciət edəcəyini qeyd etdi.

Gürcüstanlı jurnalistin sözlərinə görə, onu evindən didərgin salan həyatına mövcud olan təhlükədir. Belə ki, 2009-cu ildə vəzifə səlahiyyətlərini aşmada ittiham olunaraq 9 ay müddətinə məhbus həyatını yaşamış və 5 min lari (2500 manat)  cərimə olunmuş   Lazo Lazareişvili  qanunsuz saxlanılmağı, həm də haqqında çıxarılmış məhkəmə qərarı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

“Mənə Avropa Məhkəməsinə verdiyim şikayətləri geri götürməyim üçün təzyiqlər edilir. Mütəmadi olaraq özlərini polis əməkdaşı kimi təqdim edən  3-4 nəfər məni izləyirdi və onlar məni hədələyirdilər. Bu səbəbdən Gürcüstandan qaçmağa məcbur oldum”, – deyə qeyd edən Lazo Lazareişvili təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə Gürcüstana dönəcəyini də qeyd etdi. Amma o heç bir halda Avropa Məhkəməsinə verdiyi şikayətləri geri götürməyəcəyini də vurğuladı.

 

Previous Post

ƏVƏZ ZEYNALLININ HƏBSİ İLƏ BAĞLI PREVENTİV CAVAB QRUPUNUN HESABATI AÇIQLANDI

Next Post

PREZİDENT FƏRMANI HƏRBİÇİLƏRİN MƏNZİL PROBLEMİNİ HƏLL ETMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.