GÜLƏR ƏHMƏDOVANIN OĞLU İFADƏ VERDİ

Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı məhkəmə prosesində sabiq deputat  Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov ifadə verib. Əhmədov bildirib ki, anasının Əvəz Zeynallı tərəfindən narahat edilməsi ilə bağlı xəbəri Gülər Əhmədovanın özündən eşidib. Əvəz Zeynallı “anan onunla bağlı nələri yazacağımdan ehtiyat edib məni həbs etdirdi?” sualına Toğrul Əhmədov “dəqiq xatırlamıram” deyə cavab verib. Əvəz Zeynallı Toğrul Əhmədova onun anası ilə bağlı hər hansı şantajedici məlumata malik olmadığını deyib.

Daha sonra işdə şahid kimi adı keçən Vüqar Məmmədovun istintaqa verdiyi ifadə və Əvəz Zeynallı ilə üzləşmə protokolu elan edilib.
Prosesin sonunda hakim Ramella Allahverdiyava Əvəz Zeynallıya ifadə verməyi təklif etsə də, baş redaktor “bütün şahidlər dindirilmədən ifadə vermək özümə qarşı hörmətsizlik olar” deyə cavab verib.
Proses 7 noyabr saat 14:00-a təxirə salınıb.   
Xatırladaq ki, Milli Məclisin sabiq deputatı G.Əhmədova redaktor tərəfindən şantaja məruz qaldığını, redaktorun ondan pul tələb etdiyini bildirib. Onun ərizəsi əsasında 2011-ci il oktyabrın 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ə.Zeynallının barəsində CM-in 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi qaldırıb.
Habelə, hazırda Gülər Əhmədova özü korrupsiya subyektinə çevrilib. Bir neçə gün bundan əvvəl o deputat mandatından məhrum edilib. Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevi qanunsuz yolla parlamentə deputat seçdirmək üçün ondan  külli miqdarda rüşvət istəyib. Baş Prokurorluq onun barəsində 178.3.2-ci maddə  (dələduzluq) ilə cinayət işi qaldırıb.

Previous Post

GÜLƏR ƏHMƏDOVANIN OĞLU İFADƏ VERDİ

Next Post

EKSPERTLƏR İNTERNET SAHƏSİNDƏKİ VƏZİYYƏTİ TƏNQİD EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.