“GÜNDƏLİK BAKI” QƏZETİNİN İNTERNET SAYTINA HÜCUM OLUB

“Gündəlik Bakı” qəzetinin saytına qarşı haker müdaxiləsi  olub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin baş redaktor müavini Vazeh Bəhramoğlu məlumat verib. Onun bildirdiyinə görə, dünən (3 avqust) bu barədə Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Respublika Baş Prokurorluğuna məktub şəklində müraciət edilərək, məsələnin aydınlaşdırılması xahişi olunub.
V. Bəhramoğlu qeyd etdi ki, özünü Hero_Aze ləqəbli haker kimi qələmə verən və “Azerbaijan Defacers” adlı haker qrupunun üzvü olduğunu bildirən şəxs Qaynar.info-nun  elektron poçtuna məktub yazaraq,  “Gündəlik Bakı” qəzetinin saytını dağıtmaq fikrində olmadığını, sadəcə proqramda olan boşluqların aradan qaldırılması üçün xəbərdarlıq etdiyini bildirib: " Sizin passwordunuzu (parolunuzu- red.) xarici qüvvələrin müdaxiləsindən qorumaq məqsədilə dəyişdim. İstəsəniz redaksiyaya gəlib məsələni hərtərəfli araşdıra bilərəm”.
V.Bəhramoğlu əlavə etdi ki, hazırda hakerlə danışıqlar apararaq, problemin həll olunmasına çalışırlar.
Previous Post

GƏNC FƏAL AĞASİF ŞAKİROĞLU HƏBS EDİLDİ

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.