AzTV-NİN SAYTINA HAKER HÜCUMU OLUB

Fevralın 22-də axşam saatlarında   özlərini “İranın Kiber Ordusu” adlandıran hakerlər Azərbaycan Dövlət Televiziyasının saytına  hücum ediblər.

Azərbaycanın Telekommunikasiya Nazirliyinin yaydığı məlumatda bildirilir ki,  hakerlər televiziyanın ana səhifəsini siliblər, yerinə ingilis dilində «Life is Game, Game Over!» (Həyat oyundur, oyun bitdi) mesajını qoyublar.
Qeyd edək ki, həmin günü “İdman Azərbaycan” və “Mədəniyyət TV” nin saytlarına da  haker hücumu olub.
Hazırda AzTV və Mədəniyyət TV saytlarının işi bərpa olunub. “İdman Azərbaycan” saytının normal işi isə bərpa olunur.

Previous Post

HƏKİMELDOSTU MEHDİYEVLƏ BAĞLI QƏRAR QÜVVƏDƏ QALDI

Next Post

ƏVƏZ ZEYNALLININ HƏBSİNİN 4 AYI TAMAM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.