XƏBƏR SAYTLARINA HAKER HÜCUMU EDİLİB

Bir neçə gündür ki, ölkənin ən çox ziyarət olunan saytlarından olan musavat.com, qafqaz.info, publika.az və trend.az saytlarının açılmasına və yenilənməsində problem yaranıb.

Bu barədə modern.az saytı məlumat yayıb.
 Saytın məlumatına görə, musavat.com-un   redaktoru Xalid Kazımlı saytın Türkiyədə fəaliyyət göstərən telekommunikasiya şirkətinə məxsus İP-lərdən haker hücumuna məruz qaldığını bildirib:
“Saytımıza xidmət göstərən provayder şirkəti portala daha artıq ziyan dəyməməsi üçün onun fəaliyyətini məhdudlaşdırıb. Hücumun nəyə görə başlaması barədə əlimizdə mötəbər informasiya yoxdur, yalnız müəyyən gümanlar var. Hesab edirik ki, bu, saytımızda gedən “Böyük Kürdüstan” dövlətinin yaranması ehtimalı barədə yazıdan narazı qalan qüvvələrin sifarişi ola bilər”, – deyə sayt redaktoru əlavə edib. Hazırda sayta xidmət göstərən hostinq şirkətinin SQL proqramını bərpa etməklə məşğul olduqlarını deyən X.Kazımlı bildirib ki, yaxın saatlarda musavat.com-un öz fəaliyyətini bərpa etməsi mümkün olacaq.

Previous Post

NİTQ HAZIRLIĞI VƏ NATİQLİK QABİLİYYƏTİ

Next Post

XƏDİCƏ İSMAYILOVANIN YENİ AZƏRBAYCAN QƏZETİNƏ QARŞI İDDİASINA BAXILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.