“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (30 aprel) Yasamal rayon Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə "Əşrəfi" MMC-nin təsisçisi və direktoru Əşrəf Zeynalovun "Gündəlik Bakı" qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi iddiası üzrə məhkəmə prosesi keçirilməli idi.

Ancaq cavabdeh tərəf məhkəmə iclasına 1 saat gecikdiyinə görə, hakim prosesi 21 may saat 16.30-dək təxirə saldı.
Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşrutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşrutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə qəzetdən  1 000 000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
Previous Post

“YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİ FƏALİYYƏTİNİ BƏRPA EDİR

Next Post

NEFT AKADEMİYASINDA BAŞ VERMİŞ HADİSƏ İLƏ ƏLAQƏDAR ANIM MƏRASİMİDƏN VƏ PİKETDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.