MÜBARİZ MƏSİMOĞLUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (17 fevral) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə Yasamal rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2  (xuliqanlıq) maddəsi ilə aparılmış cinayət işinə əsasən, "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğluna qarşı məhkəmə prosesi keçirilməli idi.

Lakin proses hakimin səhhətinin normal olmaması və iddiaçıların məhkəməyə gəlməməsi səbəbindən 23 fevral saat 10:30-a təxirə salındı.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə Minayə Əsədova və E. Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb. M. Məsimoğlu isə cinayət işinin Yasamal RPİ-nin rəisi Möhübbət Hüseynovun sifarişi əsasında qaldırıldığını iddia edirn və istintaqın nə vaxt aparılmasından və işin məhkəməyə göndərilməsindən xəbərsiz olduğunu bildirir. 
Qeyd edək ki, “Mübariz Məsimoğlunun Hüquqlarını Müdafiə Komitəsi” yaradılıb. Komitəyə bir neçə KİV nümayəndələri, “Dəryaz”, “Bumeranq”,  “Müstəqil Azərbaycan”, “Son nöqtə”, “Ocaq”, “Proloq”, “Press diaspora”, “Çağ”, “Sabah”, “Ədalət və Həqiqət”, qəzetlərinin baş redaktorları daxildirlər.
Previous Post

ELAN!

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.